Qadını döyüb ona qarşı quldurluq edən şəxs saxlanıldı
Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Ruhiyyə Əliyevanın müəllifi olduğu "Qaranlıqda həqiqət" verilişində keçmiş həmkarı Tofiq Zülfüqarovla bağlı suala cavabında dedikləri diqqət çəkib.
"Əgər adam mənim xoşuma gəlmirsə, mən onu nə danışdırır, nə də yada salıram. Adam söyüş söyür, tənqid edirsə, öz mədəniyyətini göstərir",- deyə Elmar Məmmədyarov Tofiq Zülfüqarov haqqında bildirib.
Qutb.az məsələ ilə əlaqədar eks-nazir Tofiq Zülfüqarovun mövqeyini öyrənməyə çalışıb.
Saytımıza açıqlamasında T.Zülfüqarov bildirib ki, o heç vaxt Elmar Məmmədyarovun ünvanına söyüş söyməyib:
“Mən bu mövzuya qayıtmaq istəmirəm. Onun barəsində fikirlərimi kifayət qədər açıq şəkildə demişəm. Doğrusu, mənim yadıma düşmür ki, nəvaxtsa ya mən onu söyüm, ya da o məni... Belə şey görməmişəm. Mən istəmirəm bu suallara fikir verək. Kim nə deyir desin, mənim üçün əhəmiyyət kəsb etmir".