02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

"Ömrü" iki günlük olan körpünün vəziyyəti nə yerdədir? - Rəsmi AÇIQLAMA

17 okt 2023 10:00
HADİSƏ
ads
Advertisement

Son günlər cənub bölgəsində yağan aramsız intensiv yağışlar Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünü dağıdıb. Bir müddət əvvəl körpünü sel aparıb. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunub, köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin yeni salınan körpünün "ömrü" cəmi iki gün çəkib.

"Ömrü" iki günlük olan piyada körpüsünün hazırda vəziyyəti nə yerdədir?

Milli.Az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov bildirib ki, uçan piyada körpüsünün bərpası bu gün tamamlanacaq.

O qeyd edib ki, yeni avtomobil körpüsünün layihəsi hazırlanıb və razılaşdırılmağa verilib.

"Lakin Təngərüd kəndindən Şiyəkəran kəndinə avtomobil yolu var", - deyə A. Mahmudov əlavə edib.

Qeyd edək ki, bir neçə gün bundan öncə yağan intensiv yağışlar Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünün dağılmasına səbəb olub.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur