Almaniyalı yutuber Marvin Vildhaqenin Avro-2024-ə qatılması qadağan edilib.
Publika.az xəbər veirr ki, 873 min izləyicisi olan 27 yaşlı bloger turnirinin açılış matçı olan Almaniya – Şotlandiya görüşünə saxta akkreditasiya və Avro-2024-ün maskotu Albertin saxta geyimindən istifadə edərək stadiona daxil olub.
Vilhaqe stadiona VW və Almaniya Futbol Assosiasiyasının (DFB) loqotipləri ilə bəzədilmiş furqonda, iki nəfərin müşayiəti ilə gəlib. Həmin şəxslərin saxta iş vəsiqələri yoxlanılmasa da, parkinq kartı təhlükəsizlik işçilərini onları içəri buraxmağa inandırmaq üçün kifayət edib.
Marvin və onun ortaqlarından biri içəri girə bilib. Lakin üçüncü adam UEFA əməkdaşı şübhələnənə qədər operatorlar və könüllülər arasında öz kostyumunda azarkeş zonasının qarşısında qalaraq arenaya daxil olmayıb.
Az sonra təhlükəsizlik əməkdaşları Vilhaqe və onun şərikini stadionda saxlayıblar. Onlar polisə təhvil verilib. Saxta şəxsiyyət vəsiqələri, səsyazma avadanlığı və maskot geyimləri müsadirə edilib. Münhen prokurorluğu saxtakarlıq, dələduzluq və qeyri-qanuni giriş iddiaları ilə bağlı araşdırmalara başlayıb.
Bloqqer və dostlarına Avro-2024 oyunlarına gəlmək qadağan edilib.