Tanınmamış Cənubi Osetiya parlamentinin sədri Alan Alborov Rusiya Federasiyasına daxil olmaq üzrə danışıqlar barədə məlumat verib.
Publika.az xəbər verir ki, o, bu barədə “RİA Novosti” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, danışıqlar Rusiya hakimiyyəti ilə sıx koordinasiya əsasında aparılır. O, həmçinin qeyd edib ki, Cənubi Osetiyada Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün referendumun keçirilməsi məsələləri də müzakirə olunur.
Alborov deyib: “Biz bütün bu məsələləri Rusiya Federasiyası ilə sıx koordinasiyada, ikitərəfli münasibətlərimizi və razılaşmalarımızı nəzərə alaraq müzakirə edirik”.