Bakı şəhər Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib.
Publika.az-ın əldə etdiyi məlumata görə, məktəbin VIII "C" sinif şagirdi, 14 yaşlı İbrahimova Nuray Süleyman qızı qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.
Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib.