Avropaya viza müraciətləri mənfi nəticələr verməkdə davam edir. Türkiyədən Aİ ölkələrinə gedən şəxslər üçün Şengen maneələri qoyularkən, filippinli qadının Teylor Svift konsert bileti ilə viza müraciəti reaksiyalara səbəb olub.
Publika.az xəbər verir ki, Şengen bölgəsindən dönməyəcəyinə dair narahatlıqlar səbəbiylə filippinli qadının ilk müraciəti rədd edilib:
"İlk viza müraciətimdə İtaliyadan dönməyəcəyimlə bağlı narahatlıqlar səbəbilə tələbim qəbul edilmədi. Şengen vizası üçün yenidən müraciət etdim. Ancaq bu dəfə Teylor Sviftin konserti üçün bilet aldığımı bu səbəbdən İtaliyada qalmayacağını bildirdim. Bunun sayəsində viza müraciətim təsdiqləndi".
İqtisadi İnkişaf Fondunun (İKV) baş katibi Dos. Dr. Çiğdem Nas viza mövzusunda türklərə qarşı edilən ayrı-seçkiliklə bağlı “haberglobal.com.tr” saytına açıqlama verib:
“Konsulluqlar müraciətlərə şübhə ilə yanaşır. Ona görə də ərizə hazırlanarkən mümkün qədər aydın və uyğun sənədlərin təqdim edilməsi və hər bir detalın dəlillərlə sənədləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan filippinli şəxsin müraciətində konsert biletinin alınması faktı və səyahət səbəbini açıq şəkildə ifadə etməsi konsulluq məmuruna güvən yaratmış ola bilər."
O, viza probleminin Türkiyə və AB əlaqələrinin pisləşməsinin göstəricisinə çevrildiyini vurğulayıb:
"Covid-19 dövründən sonra müraciətlərin sürətlə artması, konsulluq imkanlarının qeyri-kafi olması, Şengen ölkələrində Türkiyəyə qarşı mənfi yanaşma və vasitəçi təşkilat sisteminin zəif işləməsi kimi səbəblərdən problem böyüyüb”.
Roza Şəfiyeva