“Ötən həftə parlamentdə Nikol Paşinyan deputatlarla görüşündə ilk növbədə Azərbaycanın qaytarmağı tələb etdiyi Tavuşun dörd kəndindən danışıb. Yeri gəlmişkən, Münxendə bu məsələ ilə bağlı müzakirə aparılıb”.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.
“Komanda yoldaşları ilə söhbətində Paşinyan vurğulayıb ki, bütün bu kəndlər Tavuş bölgəsində yerləşir. Deməli, biz bilirik ki, söhbət hansı dörd kənddən gedir - Bağanıs-Ayrım, Yuxarı Əskipara, Xeyrimli və Qızıl Hacılı.
Müharibədən bir il sonra keçmiş baş nazir Hrant Baqratyan demişdi ki, onun məlumatlarına görə, Azərbaycan tərəfi sözügedən kəndlərdə artıq ölçü götürürlər. Təbii ki, hakimiyyət bunu inkar etməyə başlayıb. Yeri gəlmişkən, Tavuş qubernatoru Hayk Qalumyan da bildirdi ki, onların rayonunda azərbaycanlı kəndləri var. Nəyə görə indi Paşinyanın əvvəllər dediyi kimi səkkiz yox, dörd kənddən danışdığımıza gəlincə, o zaman hökumətyönlü mənbələrimizə görə, adıçəkilən dörd kəndin coğrafi mövqeyi elədir ki, onların qaytarılması bizim üçün problem olmayacaq. Qalan kəndlər, o cümlədən Ermənistanın digər hissəsini əslində cənubla birləşdirən Kərkidən fərqli olaraq. Paşinyan mərhələli təslim proqramı həyata keçirir, vaxtaşırı ictimaiyyəti müharibə ilə qorxudur”, - nəşr qeyd edir.