Azərbaycan ekoloji əsaslarla İrəvanda da müəssisələrin tikintisini ləngitməyə çalışacaq.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Mədənçilər və Metallurqlar İttifaqının rəhbəri Vardan Canyan deyib.
Onun iddialarına görə, Azərbaycan Ermənistanda uzunmüddətli iqtisadi artımı təmin edə biləcək sənaye sahələrinin inkişafını ləngitmək üçün hər şeyi edir.
“Misal üçün, Ermənistanın Atom Elektrik Stansiyasının işinə müdaxilə etməyə çalışırlar. Gələcəkdə Azərbaycan hətta İrəvanda hansısa müəssisənin tikintisinə də müdaxilə edə, ekoloji çirkləndirmə əsası ilə mane ola bilər”, - Canyan iddia edib.
Asif