İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü bildirib ki, fələstinlilərlə nizamlanma yalnız tərəflər arasında ilkin şərt olmadan birbaşa danışıqlar yolu ilə mümkündür.
Publika.az xəbər verir ki, Netanyahu bu barədə mətbuat konfransında bildirib.
“Mən kabinetdə açıq şəkildə demişəm və bu gecə bütün dünyaya təkrar edirəm və vurğulayıram: həll yalnız ilkin şərt olmadan tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə ediləcək. İsrail mənim rəhbərliyimlə Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qətiyyətlə müqavimət göstərməyə davam edəcək”,- baş nazir deyib.
Onun sözlərinə görə, oktyabrın 7-dən sonra Fələstin dövlətinin birtərəfli qaydada tanınması “terrorçuluq üçün daha böyük mükafat” olar.