Afrika ölkələri İsrail və Fələstin arasındakı münaqişələri dəstəkləməkdə fikir ayrılığına düşüb. Lakin bəzi ölkələr tərəfləri sülhə çağırıb.
Publika.az xəbər verir ki, Cənubi Afrika Respublikası, Sudan, Cibuti və Şimali Afrika ölkələri Fələstini dəstəkləyib, Keniya, Zambiya və Konqo Demokratik Respublikası (KDR) İsrailin tərəfinə keçib.
Afrika Birliyi (AfB) bildirib ki, fələstinlilər və israillilər dərhal hərbi əməliyyatları dayandırmalı və mülki insanların həyatını qorumaq üçün qeyd-şərtsiz danışıqlar aparmalıdır.
Bəyanatda böhranın əsas səbəbi kimi fələstinlilərin müstəqil və suveren dövlət tələbinin rədd edilməsi olduğu vurğulanıb.
Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyi yeni münaqişələrə görə İsrailin məsuliyyət daşıdığı açıqlayıb.
Şimali Afrika ölkələri Mərakeş, Misir, Tunis, Əlcəzair və Liviya Fələstinə dəstək verən ölkələr arasındadır.
Roza Şəfiyeva