Türkiyə Niderland hökumətinin hazırkı rəhbəri Mark Ruttenin NATO baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib.
Publika.az xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası (NOS) alyansdakı mənbələrə istinadən məlumat yayıb .
“Türkiyə NATO-nun baş katibi postuna Mark Ruttenin namizədliyini dəstəkləyib”, - məlumatda deyilir.
Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün aprelin 26-da İstanbula səfər edib. Türkiyə hələ Rutteyə dəstək ifadə etməyən son dörd NATO ölkəsindən biri idi.
NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də vəzifəsini tərk etməli idi, lakin 2022-ci ilin martında alyans ölkələrinin liderləri Ukrayna ətrafında baş verən hadisələr fonunda onun mandatını 30 sentyabr 2023-cü ilə qədər uzatmaq qərarına gəliblər. İyul ayında o, daha bir il, 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacağını açıqlamışdı.
Tural