Uzaq Şərqdə pələng itə hücum edərək öldürüb, sonra onun cəsədini meşəyə aparıb.
Publika.az xəbər verir ki, hadisə Primorsk diyarının Kuquki kəndində səhər saat 5 radələrində baş verib.
Vəhşi heyvanın itə hücumu videoya düşüb. Pələng ev itinə hücum edərkən o, şəxsi evin ərazisində zəncirdə olub.
Qeyd edək ki, bu, Uzaq Şərqdə pələnglərin ev heyvanlarına hücumu ilə bağlı ilk hadisə deyil. Ümumilikdə, yırtıcılar son aylarda ondan çox ev itini öldürüblər.
Cəmilə