Ukraynanın sabiq deputatı İrina Farion küçənin ortasında silahlı hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, o, xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib.
Hadisənin siyasi sifariş və ya şəxsi zəmində baş verə biləcəyi ehtimal araşdırılır. Farionu güllələdiyi iddia edilən şəxsi tapmaq üçün polis bütün gecə boyu genişmiqyaslı axtarış aparıb.
Prezident Vladimir Zelenski sabiq deputatın qətlində şübhəli bilinən şəxsin yaxalanması üçün görülən tədbirlər barədə mütəmadi məlumatlandırıldığını bildirib və istənilən zorakılıq aktının pislənilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, Farion 2005-ci ildə millətçi “Svoboda” (Azadlıq) partiyasına qoşulub və 2012-ci ildə parlamentə seçilib. O, Ukrayna dilini təbliğ etmək və rusdilli dövlət məmurlarını gözdən salmaq kampaniyaları ilə diqqət mərkəsində olub. Eyni zamanda 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı rusdilli döyüşçüləri tənqid edib.
Roza Şəfiyeva