İndoneziyanın Sumatra adasının qərbində yerləşən Marapi vulkanı yenidən fəallığa keçib.
QÜTB.AZ xəbər verir ki, vulkan son iki gündə dörd dəfə püskürüb.
Yerli səlahiyyətlilər ətraf ərazilərdə yaşayan sakinlərə ehtiyatlı olmağı tövsiyə edirlər. Marapi vulkanının aktivləşməsi ilə əlaqədar ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, bu ilin may ayında İndoneziyada Marapi vulkanının püskürməsi nəticəsində yığılan daş, kül və torpaq musson yağışları ilə birlikdə sürüşərək güclü daşqınlara səbəb olmuşdu, nəticədə 67 nəfər həyatını itirmişdi.