Naxçıvanda 278 mindən çox seçici qeydiyyata alınıb.
Publika.az “Report”-aistinadən xəbər verir ki, muxtar respublikada seçkiqabağı hazırlıq işləri yekunlaşıb. Məntəqələrin hər birində bütün lazımi hazırlıq işləri başa çatdırılıb.
Naxçıvan Muxtar Respublikasında ümumilikdə 6 Dairə Seçki Komissiyası üzrə 310 seçki məntəqəsi mövcuddur. Onlardan 16-sı qapalı məntəqə kimi fəaliyyət göstərəcək. Bütün seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Məntəqələrdə müşahidə kameraları yerləşdirilib ki, bu kameralar vasitəsilə seçki prosesini canlı izləmək mümkündür.
Muxtar respublikada 17 500-dən artıq sakin ilk dəfə səsvermə hüququndan istifadə edəcək.