Hindistanda şirlə selfi çəkmək istəyən zoopark ziyarətçisi bunun əvəzini həyatı ilə ödəyib.
Publika.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.
38 yaşlı Prahlad Qucar Andhra-Pradeş ştatının Tirupati şəhərində zooparkda yaşayan Donqalpur adlı şirlə şəkil çəkdirmək qərarına gəlib.
Adam şirin qəfəsinə girmək üçün yeddi metrlik hasarın üstünə çıxıb . O, hasardan düşən kimi şir onun üstünə atılıb və boynundan tutaraq parçalayıb.
Hadisədən dərhal sonra işçilər zooparkdan bütün ziyarətçiləri çıxarıb və polisə müraciət ediblər.