29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Taksidə əcaib elan: AYNA işə qarışdı

16 iyl 2024 17:00
GÜNDƏM
ads

Bakıda taksi sürücüsü avtomobilində kondisioneri yandırmaq üçün əlavə pul tələb edildiyini bildirən elan yapışdırıb.

Publika.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.az bildirildi ki, daxil olan bütün şikayətlər araşdırılır.

"Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə, o cümlədən kondisionerin işlədilməsinə görə əlavə pul tələb edilməsi ilə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur.

Taksi nəqliyyat vasitəsilə sərnişindaşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək.

Qeyd edək ki, son bir həftə ərzində tələbləri pozan 23 taksi sistemdə bloklanıb", - deyə məlumatda bildirilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur