ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı dövlət başçısı Co Baydenin seçkilərdə Donald Trampa uduzacağından qorxur.
Publika.az xəbər verir ki, bu barədə “New York Times” (NYT) məlumat yayıb.
Obama mütəmadi olaraq Ağ Evin aparat rəhbəri Jeffrey D. Zients və Bayden kampaniyasının digər rəsmilərinə strategiya qurmaq və məsləhətləri bölüşmək üçün zəng edir.
Obamanın köməkçisi bildirib ki, o, Baydenin uduzacağından həmişə narahat olub. Ona görə də bir neçə ştatda cüzi üstünlüklə bitə biləcək seçkidə Baydenin yanında durmağa hazırdır.
Tural