İlon Mask 2023-cü ildə 95,4 milyard dollar qazanıb.
Publika.az xəbər verir ki, bu barədə cümə günü “Bloomberg” məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, Mask “SpaceX” və “Tesla” şirkətləri sayəsində dünyanın 500 ən varlı adamı siyahısına başçılıq etməyə davam edir.
“Bloomberg”in məlumatına görə, 500 ən varlı adamın ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb. “Amazon”un yaradıcısı Ceff Bezos bu il sərvətini 70 milyard dollardan çox, “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq isə 80 milyard dollar artırıb.