Almaniya ölkədə işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün iş vizası tələblərini yüngülləşdirib.
QÜTB.AZ xəbər verir ki, bu il iş vizalarının sayı 10 faizdən çox artıb. Açıq iş yerlərinin sayı 1 milyonu keçsə də, daha 200 min nəfərə iş vizası veriləcəyi gözlənilir.
Ötən il əmək miqrasiyası ilə bağlı qaydalar liberallaşdırılıb və 1 milyon 300 min iş yeri yaradılıb. Bacarıqlı işçilər və mütəxəssislər cəlb etmək istəyən Almaniya iş vizası ilə ölkədəki işçi çatışmazlığını aradan qaldırmağı hədəfləyir.
Tələbə vizaları 20 faiz, şagird vizaları isə iki dəfə artıb. Bildirilib ki, xarici ixtisasların tanınması təxminən 50 faiz artıb.
Yeni bal sistemi Aİ vətəndaşı olmayan əcnəbilərin Almaniyanın əmək bazarına daxil olmasını və ailələrini özləri ilə gətirmələrini asanlaşdıracaq. Ballar toplanarkən alman dili biliyi, peşə təcrübəsi və yaş kimi kriteriyalar nəzərə alınacaq.
Almaniyada məşğulluq son 5 ildə 1,6 milyon artdığı halda, bunun yüzdə 89-unun əcnəbilərə aid olduğu ifadə edilir.
Aysel Şahmar