04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

ŞOK XƏYANƏT: bəy mərasimə yarım saat qalmış toyu LƏĞV ETDİ

06 fev 2024 17:00
GÜNDƏM
ads

Toy mərasiminə getməzdən yarım saat əvvəl başqası ilə cinsi əlaqədə olmağı bacaran gəlinin xəyanəti üzündən bəy toyu son anda ləğv edib.

Publika.az xəbər verir ki, bu barədə "New York Post"un diqqətini çəkən toy dramı ilə bağlı hekayəni "Reddit" istifadəçilərindən biri danışıb.

Onun sözlərinə görə, rəfiqəsi Dana orta məktəb sevgilisi Coşla evlənməli idi. Lakin gəlinin xəyanəti üzə çıxandan sonra mərasim tez bir zamanda ləğv edilib.

Qadın qeyd edib ki, Dana toy günü özünü "tipik gəlin" kimi aparıb: "O, əsəbi olub və ətrafdakıların üstünə qışqırıb".

"Toy otuz dəqiqədən sonra başlamalı idi, ona görə də qərara gəldik ki, o, tək qalmalıdır. Toy başlamazdan beş dəqiqə əvvəl gəlin yanıma gəlib toyun ləğv olunduğunu söylədi. Səbəbini soruşduqda, o cavab verdi: Dana Coşun dayısı ilə cinsi əlaqədə oldu və o, onları tutdu", - "Reddit" istifadəçisi deyib.

Gəlinin peşman olmadığı qeyd edilib:

"Bir neçə gün sonra o, bütün rəfiqələrinə zəng edərək, 5000 dollarlıq ləğv haqqını ödəməyə kömək edə biləcəklərini soruşdu. Təbii ki, imtina etdilər".

Məlum olub ki, Dananın yatdığı şəxs Coşun anasının qardaşı olub.

Oxucular bu hekayədən şoka düşüblər və Coşun vəfasız nişanlısını tərk etdiyinə görə alqışlayıblar.

Hüseyn


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur