Azərbaycan Prezidenti İlham Əliyev, ölkədə səfərdə olan Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-də Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, Şuşa şəhərini gəziblər.
Publika.az xəbər verir ki, məlumatı Prezdentin Mətbuat Xidməti yayıb.