29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ombudsman: "Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir"

13 fev 2024 15:00
GÜNDƏM
ads

Mina terroru törədən Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir.

Publika.az xəbər verir ki, bu barədə Ombudsmanın Ermənistan tərəfindən törədilən növbəti silahlı təxribatlarla bağlı şərhində deyilir.

S.Əliyeva bildirib ki, etnik zəmində nifrət və etnik təmizləmə siyasəti həyata keçirərək, beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq otuz ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan, bir milyondan artıq soydaşımızı öz yurdlarından didərgin salan, dörd minə yaxın azərbaycanlının itkin düşməsinə səbəb olan və ərazilərimizdə mina terroru törədən Ermənistan rəhbərliyi öz məkrli siyasətindən hələ də əl çəkmir:

"Belə ki, fevralın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs pozulmuş, ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi, həmçinin Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeləri istiqamətində atəş açılmış, nəticədə DSX-nin hərbi qulluqçusu yaralanmışdır.

Ermənistan rəhbərliyi regionda sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığı bir dövrdə gərginliyi artıran bu kimi təxribatçı əməllərdən əl çəkməli, sülhün bərqərar olunması istiqamətində real addımlar atmalıdır.

Hesab edirəm ki, beynəlxalq təşkilatlar regionda dayanaqlı sülhün bərqərar olması üçün Ermənistan tərəfindən törədilən hərbi cinayətlərə etinasız qalmamalı və bu ölkəyə sülh danışıqlarını, hərbi qulluqçuların həyat və sağlamlıqlarını təhdid altına alacaq silahlı təxribatlara son verməsi məqsədilə ciddi çağırışlar etməlidir".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur