Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb.
Nazirlər Kabinetindən Publika.az-a bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Təhsil sahəsi Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti kimi dəyərləndirilib, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.