Aprelin 13-də 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında 8 nəfər maksimal bal toplayıb.
Qutb.az-ın məlumatına görə, ötən gecə nəticələr elan olunanda 300 bal toplayan şagirdlərdən biri də Dəniz Hüseynzadədir.
O, Ə.Zeynallı adına Bakı şəhəri 302 saylı tam orta məktəbin şagirdidir.
Məktəbdən bildirilib ki, Dənizin təhsili ilə yanaşı dərsə davamiyyəti də yüksək olub.