İsrail mediası İsrailin Qəzza zolağına hücumları nəticəsində minlərlə əsgərin əlil olduğunu bildirib.
Publika.az xəbər verir ki, 3 aydan çox davam edən müharibədə 4 min əsgərin əlil olduğu və bu rəqəmin 30 minə yüksələ biləcəyi təxmin edilir.
İsrail ordusunun insanların əhval-ruhiyyəsinin aşağı düşməsinə səbəb ola biləcəyi üçün yaralılarla bağlı bütün məlumatları ictimaiyyətlə paylaşmadığı bildirilib.
İsrail Ordusu Əlillər Təşkilatının sədri İdan Kaliman "30 ildir təşkilatdayam, bu qədər ağır yaralı ilə heç vaxt qarşılaşmamışam. Amputasiya edilmiş, kor və ya iflic çox sayda yaralı var " - kimi açıqlamalar verib.
Roza Şəfiyeva