İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemin oğlu Romeo Bekhem futbolçu karyerasını bitirmək qərarına gəlib.
QÜTB.AZ xəbər verir ki, sentyabrın 1-də 22 yaşı tamam olan yarımmüdafiəçi bütün diqqətini model biznesinə yönəltmək qərarına gəlib.
Romeo 2023-cü ildən "Brentford"un ikinci komandasında çıxış edirdi. "Arı"lar futbolçuya əməkdaşlığı uzatmağı təklif etsə də, Devid və Viktoriya cütünün ikinci oğlu rədd cavabı verib.
Britaniya mətbuatının yazdığına görə, Romeo artıq Parisin aparıcı model agentliklərindən biri ilə müqavilə imzalayıb.
Qutb