10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Rusiya diktatoru 73 yaşına çatdı

07 okt 2025 10:00
DÜNYA
ads
Advertisement

Bu gün Rusiya prezidenti Vladimir Putinin doğum günüdür, onun 73 yaşı tamam olub.

Qutb.az xəbər verir ki, Vladimir Vladimiroviç Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. O, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin istefasından sonra, 2000-ci ildən prezident postuna gəlib.  2008-ci ildən 2012-ci ilədək ölkənin baş naziri vəzifəsini tutub. 2012-ci ildə yenidən prezident seçilib.

Vladimir Putin bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən diktator hesab edilir və onun çoxsaylı islahatları Rusiya müxalifəti və xarici müşahidəçilər tərəfindən antidemokratik kimi qiymətləndirilib.

2011-ci ildə dərc edilən Demokratiya İndeksinə görə, Putinin namizədliyi və saxta parlament seçkiləri nəticəsində Rusiya hibrid dövlət sistemindən avtoritarizmə keçid edib.

2014-cü ildə Rusiyanın G8-də iştirakı Krımın işğalı ilə əlaqədar dayandırılıb.

Putinin göstərişi ilə 2021-ci ilin sonlarında Ukrayna sərhədi yaxınlığında Rusiya qüvvələrinin toplanmasına başlanılıb və bu, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma çevrilib. Bu müharibə Rusiyaya qarşı misli görünməmiş növbəti sanksiyalara (o cümlədən şəxsən Putinə qarşı) gətirib çıxardı ki, bu da ölkədə müəyyən maliyyə böhranına səbəb oldu.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur