Çin lideri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün 2-4 iyul tarixlərində Qazaxıstana səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, ŞƏT sammiti 3-4 iyul tarixlərində Astanada keçiriləcək. Sammitdə BMT baş katibi Antonio Quterreşin də iştirakı gözlənilir.