İdman Araşdırmalar Mərkəzi (İAM), Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, "Avrora Group"un baş sponsorluğu ilə ardıcıl dördüncü dəfə jurnalistlər arasında keçiriləcək voleybol üzrə Zəfər Kubokunun püşkü atılıb.
Publika.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə təşkil olunacaq yarışın püşkatma mərasimi GİN Voleybol Mərkəzində təşkil olunub.
Tədbirdə çıxış edən İAM sədri Elşən Məmmədov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov turnirin əhəmiyyətindən danışıblar. Onlar 22 iyul - Milli Mətbuat günü ərəfəsində belə bir yarışın təşkilinin jurnalistlər üçün bayram ovqatında gerçəkləşəcəyinə inam ifadə ediblər. Baş sponsor "Avrora Qrup"un nümayəndəsi Vasif Musayev və dəstəkçi "Sumqayıt" Voleybol Klubunun baş direktoru Azər Kərimov bu cür yarışa dəstək olmaqdan qürur duyduqlarını vurğulayıblar.
Daha sonra Zəfər Kubokunun püşkü atılıb:
A qrupu: Kəlbəcər, Zəngilan, Füzuli
B qrupu: Şuşa, Ağdərə, Laçın
20 iyul
11:00. AÇILIŞ MƏRASİMİ
12:00. Kəlbəcər - Füzuli
13:00. Şuşa - Laçın
15:00. Zəngilan - Füzuli
16:00. Ağdərə - Laçın
17:00. Kəlbəcər - Zəngilan
18:00. Şuşa - Ağdərə
19:30. YARIŞ İŞTİRAKÇILARI ÜÇÜN ZİYAFƏT
21 İYUL
10:00. YARIMFİNAL (A1 - B2)
11:00. YARIMFİNAL (B1 - A2)
12:00. Yoldaşlıq görüşü. Qusar OİK (U16) - "Sərhədçi" (U16)
13:00. 3-CÜ YER UĞRUNDA GÖRÜŞ
14:00. FİNAL
15:00. MÜKAFATLANDIRMA