Azərbaycan təmsilçiləri bu gün Konfrans Liqasında mübarizəyə başlayacaq.
Publika.az xəbər verir ki, "Sabah", "Sumqayıt" və "Zirə" turnirdə 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
"Sabah" raundun ilk oyunu çərçivəsində İsrail təmsilçisi "Makkabi Hayfa" ilə qarşılaşacaq. İsraildəki hərbi vəziyyətlə əlaqədar matç neytral meydanda - Macarıstandakı "Varkert Sportpalya" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. Görüşü belçikalı hakimlər briqadası idarə edəcək. Tərəflər arasında cavab görüşü avqustun 1-də Bakıda olacaq.
"Sumqayıt" da bu gün turnirdə ilk oyununu keçirəcək. Samir Abasovun komandası evdə Macarıstanın "Fehervar" klubunu qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək. Oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Cavab matçı iyulun 31-də Macarıstanda oynanılacaq.
"Sabah" və "Sumqayıt"dan fərqli olaraq avrokubok macərasına Avropa Liqasına başlayana, lakin elə ilk mərhələdə "Şerif"ə uduzaraq Konfrans Liqasına yuvarlanan "Zirə" də meydana çıxacaq. Rəşad Sadıqovun yetirmələri evdə Slovakiya təmsilçisi "DAK 1904" ilə üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək görüş saat 20:30-da başlayacaq. Matçı Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək. Qəsəbə komandasının Slovakiydakı cavab görüşü avqustun 1-də keçiriləcək.
UEFA Konfrans Liqası: 2-ci təsnifat mərhələsi, ilk oyunlar
25 iyul
21:15 Makkabi Hayfa - Sabah
Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer
"Varkert Sportpalya", Macarıstan
20:00 Sumqayıt (- Fehervar
Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:30 Zirə - DAK 1904
Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias, Jasim Sabotiç (Lüksemburq)
"Dalğa Arena"