08.05.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Şərurlu İsfəndiyarın ölkədən çıxmasına qadağa qoyula bilər

08 may 2025 16:00
GÜNDƏM
ads
Advertisement

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı (Şərurlu İsfəndiyar) növbəti məhkəmə prosesi keçirilib.

Qutb.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun müdafiəçisi Asim Abbasov vəsatətlə çıxış edib.

O, İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsini istəyib və gələcəkdə məsuliyyətdən yayınmaq üçün ölkədən çıxma ehtimalını nəzərə alaraq, ölkədən çıxışına qadağa qoyulması ilə bağlı vəsatət verib.

Vəkil deyib ki, təqsirləndirilən İsfəndiyar Axundov məhkəməyə hörmətsizlik edərək üzrlü səbəb olmadan prosesdə iştirak etməkdən yayınıb.

Məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib.

Məhkəmənin növbəti prosesi mayın 13-də keçiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur