01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Onların sosial mediadan istifadəsi qadağan ediləcək

10 sen 2024 17:00
GÜNDƏM
ads
Advertisement

Avstraliyanın Cənubi Avstraliya əyaləti 14 yaşından kiçik uşaqlara sosial media qadağası qoymağa hazırlaşır.

QÜTB.AZ xəbər verir ki, Ali Məhkəmənin keçmiş hakimi Robert Frans kiçik uşaqların sosial mediadan istifadə etməsi ilə bağlı hüquqi problemləri araşdıran hesabat hazırlayıb.

Hesabatda 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi də yer alıb.

Baş nazir Malinauskas açıqlamasında bu hesabata daxil edilən qanun layihəsinə əsasən 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi lazım olduğunu bildirib.

Qanun layihəsində 14 yaşından kiçik uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi və uşaqlar bu platformalarda hesab açdıqları təqdirdə şirkətləri cərimələmək daxildir. Müvafiq olaraq, 14 yaşından kiçik uşaqlar sosial mediadan istifadə etmək üçün valideynlərinin razılığını almalıdırlar. Qanun layihəsinin əvvəlcə Cənubi Avstraliyada, sonra isə digər ştatlarda parlamentlərə təqdim ediləcəyi gözlənilir.

Aysel Şahmar

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur