Bu qidalar sizi uzunömürlü edəcək!
Ukraynanın bərpasına dəstək məqsədilə İtaliyada konfrans keçirilib. Ukrayna Bərpa Konfransında iştirakçılar Kiyevə 10 milyard avrodan çox yardım vəd ediblər. Bu barədə İtaliyanın Baş naziri Corcia Meloni açıqlama verib.
Konfrans çərçivəsində həm hökumət, həm də özəl sektor təmsilçiləri Ukraynaya yardım üçün səfərbər olub.
Avropa Komissiyası ümumilikdə 2,3 milyard avro (təxminən 2,7 milyard ABŞ dolları) dəyərində yardım təqdim edəcəyini bəyan edib.
Xatırladaq ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum etdikdən sonra dünyanın demokratik ölkələri bu ölkəyə həm hərbi, həm də humanitar sahədə yüz milyonlarla avroluq dəstək göstəriblər.
2024-cü ilin sonuna olan məlumata əsasən, ABŞ Ukraynaya ümumi məbləğ baxımından ən çox yardım edən ölkə olaraq birinci yerdə qərarlaşıb. Lakin bəzi digər ölkələr ümumi daxili məhsullarına (ÜDM) nisbətdə daha yüksək payla yardım ayıraraq bu sahədə daha böyük fədakarlıq nümayiş etdiriblər.
ABŞ 60 milyard avroya yaxın hərbi yardım göstərərək, açıq fərqlə birinci yerdədir. Avropa ölkələrinin toplam hərbi dəstəyi isə təxminən 55 milyard avro səviyyəsindədir.
Ayrı-ayrı Avropa ölkələri arasında Almaniya, Böyük Britaniya, Danimarka, Niderland və İsveç ön sıralardadır
Ukraynadakı müharibə nəticəsində milyonlarla insan Avropa ölkələrinə sığınmaq məcburiyyətində qalıb. ABŞ yenidən həm birbaşa humanitar yardımlarda, həm də ümumi xərclərdə liderdir.
Almaniya, təxminən 35 milyard avroluq qaçqın xərcləri ilə ən böyük yükü daşıyan ölkədir.
Polşa, təxminən 30 milyard avroya yaxın qaçqın xərci ilə ikinci yerdədir. Yaponiya, Niderland, İsveçrə və Fransa da mühüm humanitar dəstək verən ölkələr sırasındadır.
Ukraynaya ən çox hərbi və humanitar yardım göstərən ölkələr aşağıdakılardır:
Elnur Əmirov