“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal dizindən aldığı ciddi zədə səbəbindən əməliyyat olunub.
QÜTB.AZ xəbər verir ki, avqustun sonunda Bernal “Valensiya” ilə La Liqa matçında sol dizinin ön çarpaz bağının yırtılması və xarici menisküsün eyni vaxtda zədələnməsi səbəb olub.
17 yaşlı futbolçunun sağalması üçün ən azı 12 ay vaxt lazım olacağı gözlənilir.
Qeyd edək ki, Bernal mövsümöncəsi məşqinin nəticələrinə görə “Barselona”nın əsas heyətinin oyunçusuna çevrilib.