29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Məşhur aktrisadan ürək dağlayan sözlər: "Görəsən adam özünü hara çırpanda sakitləşir..."

04 okt 2024 04:00
GÜNDƏM
ads

Görəsən adam özünü hara çırpanda sakitləşir, ağrıları azalır... Lamiyə sənə qurban olaram... başına dönərəm sənin... səni o qədər sevirəm ki ... Anamdan sonra anam da sən idin, bacım da... Onsuzda yetim olan məni yetim qoydun ...istəyirəm özümü götürüm çırpım divara bəlkə ağrım azala...

QÜTB.AZ xəbər verir ki, bu sözləri tanınmış aktrisa Zülfiyyə Qurbanova bu yaxınlarda ağır xəstəlikdən itirdiyi bacısı haqqında yazıb. O, iyunun 8 -indən bacısının müalicəyə başladığını qeyd edib. Ürək ağrısını sosial media hesabında paylaşan məşhur çətin günlər keçirdiyinin və bacasının 3 övladı olduğunu deyib.

"Çox inanırdım düzələcəksən. Deyirdi ay Zu, birdən əziyyətimiz hədər gedər, deyirdim yox, Lamı mənim heç bir əziyyətim hədər getməyib. 3 balamız qaldı - 10 ,4 ,1yaş yarımlıq körpə. Mən bu dünyanın ədalətinə xəstəxana dəhlizində Lamı ölmə bizim 3 balamız var, onlara söz vermişəm səni sağaldıb qaytaracam deyib özümü divarlara çırpanda son qoydum. Səni burdan götürüb Türkiyəyə ən yaxşı xəstəxanaya qaçırdım ki, təki sağalansan. Bacarmadıq ...bacarmadım... Bağışla məni ... Anam bizi çox zülmlə təkbaşına böyütmüşdü, bu bizim başımıza gəlməməli idi. O biri dünya varsa anama nə cavab verəcəm? Dəyəcəm sənin balaların bir-birlərinə sahib çıxıb özlərini qorumadılar? Adam 4 ildə həm ana, həm bu dünyada yeganə bacı olan bacısını itirərər? Səni son nəfəsimə qədər çox sevəcəm, sənə söz vermişəm balalarımıza bəlkə sənin kimi mükəmməl bir ana olmayacam, amma ana kimi xala olacam. Balalarımın dediyi kimi xala ana olacam.

O balaları böyütmək üçün heç olmasa 20 il canıma dəyməsin, balalarının qoxusuna həsrət qalıb getdin bu dünyadan, sən mənim anama oxşayırdın, söz vermişdin sağ qalacaqsan, söz vermişdin qocalacaqsan, kaş mən gedərdim, kaş ömürdən pay olardı, kaş sənin canına gələn mənə gələrdi, mənim arxada gözü yaşlı qoyacağım çox az adam vardı. Sən 3 balanı və mən balanı bədbəxt elədin. Uşaqları böyüdüm, anamla sənin yanına gələcəm, səni çox sevirəm. 41 illik ömür yolunun 40 ilində mənə mükəmməl bacı oldun. Bu yaşda insan ölməz, 3 azyaşlı uşaq anası heç ölməz. Tüstüm ərşə dayanıb. Belimi bükdün.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur