“Sabiq baş nazirin kürəkəni olmağın heç bir avantajı yoxdur”
“Sabiq baş nazirin kürəkəni olmağın heç bir avantajı yoxdur”.
QÜTB.AZ xəbər verir ki, bu sözləri APA TV-yə Avropa çempionu Pərviz Qasımov deyib.
O bildirib ki, onları bağlayan heç nə yoxdur:
“Novruz Məmmədov sadəcə övladımın babasıdır”.
Qeyd edək ki, son zamanlar xanəndənin xarici görünüşü sosial şəbəkələrdə gündəm olub.
Xatırladaq ki, Pərviz Qasımov Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibidir. Xanəndə sabiq Baş nazir Novruz Məmmədovun qızı Firuzə Məmmədova ilə evlidir. Cütlüyün Qasım adlı azyaşlı övladı var.