Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Moldova, Estoniya, Albaniya və digər ölkələrlə Türkiyə Respublikası arasında imzalanan ümumilikdə 14 anlaşma müqaviləsini əhatə edən qanun təklifi Türkiyə Böyük Millət Məclisin (TBMM) Xarici İşlər Komissiyasının 9-cu iclasında təsdiqlənərək parlamentin müzakirəsinə verilib.
Publika.az xəbər verir ki, bu barədə TBMM-nin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bildirib.
Qeyd edilib ki, cəzaların verilməsində hüquqi əməkdaşlıq, xarici nümayəndəliklərimizdə çalışan əməkdaşların və onların ailə üzvlərinin hüquqlarının qorunması, qarşılıqlı məşğulluq, ikiqat vergitutma və vergidən yayınmanın qarşısının alınması, eləcə də gömrük, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq kimi bir çox məsələləri əhatə edən bu sazişlər, ölkələrimiz arasında əlaqələrin inkişafı ilə yanaşı, dövlətlərimiz və vətəndaşlarımızın mənafelərinin daha yaxşı müdafiəsinə töhfə verəcək.