08.04.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

ABŞ-nin ən zəngin üç ailəsinin adı AÇIQLANDI

15 fev 2024 05:00
GÜNDƏM
ads
Advertisement

Uolton ailəsi "Forbes" jurnalının hazırladığı ABŞ-nin ən zəngin ailələri reytinqində birinci yeri tutub.

Publika.az oxu.az-a istinadən bildirir ki, Uolton ailəsinin sərvəti 267 milyard dollar qiymətləndirilir.

Reytinqdə ikinci yeri 117 milyard dollar sərvətlə Mars ailəsi tutub. Sülalə Virciniya ştatının Maklin şəhərində yerləşən dünyanın ən böyük qənnadı şirkəti "Mars"ın sahibidir. Şirkət "M&Ms", "Snickers", "Ben's Original" (düyü) və "Pedigree" it yemi də daxil olmaqla onlarla məşhur brendlərə sahibdir.

İlk üçlüyü sərvəti 116 milyard dollar olan Kox sülaləsi tamamlayır. Çarlz Kox 1967-ci ildə atası Fredin ölümündən sonra dəyəri 125 milyard dollar olan (2022-ci il satışları) "Koch Industries" konqlomeratını ələ keçirib. Çarlz və onun qardaşı Davidin dul arvadı Culia Kox səsvermə hüququ olan səhmlərin 42%-nə nəzarət edirlər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur