04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Azərbaycanın dəniz sərhədi pozuldu

27 fev 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Dövlət Sərhəd Хidmətinin (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri Azərbaycanın dəniz sərhədini pozan şəxsləri saxlayıb.

Bu barədə Publika.az-a DSX-dən məlumat verilib.

Bildirilib ki, texniki müşahidə məntəqələri və sərhəd gözətçi gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində “Şahdağ” sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin Ələt reydi istiqamətində cənuba doğru hərəkət edən naməlum hədəf aşkar edilib.

Hədəfin saxlanılması məqsədilə Sahil Mühafizəsinin gəmiləri tərəfindən təqibetmə əməliyyatlarına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb, regional şöbələrin texniki müşahidə məntəqələri tərəfindən müşahidələr gücləndirilib və sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.

Sərhəd gözətçi gəmisinin sürətli manevrləri nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində Kürdili adası reydində “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan itisürətli qayıq saxlanılıb.

Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları — 1986-cı il təvəllüdlü Yusifinecat Mehran Tağı oğlu və 1994-cü il təvəllüdlü Şəhram Mahmudi Qafur oğlu olduqları müəyyən edilib.

Fаktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur