16.03.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Ermənilərin məhkəməsində Zəhranın da adı çəkildi

19 fev 2025 07:00
GÜNDƏM
ads
Advertisement

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən ermənilərin növbəti məhkəməsi keçirilib.

Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təcavüzkar müharibənin gedişində törədilmiş ayrı-ayrı cinayət faktları və iş üzrə təqsirləndirilən şəxslərin həmin cinayətlərdə iştirakına dair ittiham aktının nəticəvi hissəsini elan ediblər.

Qutb.az-ın məlumatına görə, dövlət ittihamçısı Təranə Məmmədova təcavüzkar müharibənin gedişində törədilmiş bir sıra konkret cinayət faktlarını sadalayıb. 

O bildirib ki, 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və mülki əhaliyə zirehli texnikalardan atəş açılıb, “OQ-9M” markalı 73 millimetr çaplı, qəlpəli qumbaranın Alxanlı kəndinin ərazisinə düşərək partlaması nəticəsində kəndin dinc sakinləri Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü azyaşlı Quliyeva Zəhra Elnur qızı müxtəlif bədən xəsarətləri alaraq qəsdən öldürülüb.

Yekunda Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxslər Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, Harutyunyan Arayik Vladimiri, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi, Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Babayan Madat Arakeli, Paşayan Melikset Vladimiri, Martirosyan Qarik Qriqori, Balayan Levon Romiki, Stepanyan Qurqen Homerosi, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti və Allahverdiyan Davit Nelsoninin ittiham olunduqları Cinayət Məcəlləsinin müvafiq maddələrini elan edib.

Bununla da iş üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 16.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:20
05:19
Sübh
05:30
05:29
Gün çıxır
06:51
06:49
Zöhr
12:49
12:49
Əsr
16:10
16:11
Gün batır
18:48
18:49
Məğrib
19:05
19:06
İşa
19:58
19:59
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur