Amerika kəşfiyyatı hesab edir ki, "Hizbullah" şiə təşkilatının yaraqlıları ABŞ ərazisində və ya xaricdəki Amerika diplomatlarına hücumlar həyata keçirə bilər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden administrasiyasındakı dörd mənbəyə istinadən “Politico” qəzeti yazıb.
Nəşrin yazdığına görə, rəsmilər “birincisi, İranın dəstəklədiyi silahlı qruplaşmanın Yaxın Şərqdə Amerika silahlı qüvvələrinə zərbə endirəcəyinə” inanır. Qəzet qeyd edir ki, “ABŞ kəşfiyyatı "Hizbullah"la bağlı ABŞ hərbi və ya diplomatik personalına hücumlar həyata keçirmə ehtimalını nəzərdən keçirdiyini göstərən məlumatlar toplayır”.
“Bölgədə gərginlik artdıqca, ABŞ ərazisinə hücum ehtimalı da artır”.
Nəşr qeyd edir ki, ABŞ administrasiyasındakı mənbələr hansı hücumdan danışa biləcəyini açıqlamayıblar. Onlar bildiriblər ki, "Hizbullah" qrupa ABŞ-da hücum həyata keçirmək üçün agentlərdən istifadə etməyə imkan verəcək geniş beynəlxalq şəbəkəyə malikdir.
Qəzet ABŞ ərazisinə və ya xaricdəki ABŞ ordusuna və ya diplomatlarına hücumun “Bayden administrasiyasına zərbə olacağını” vurğulayır. "Politico" qeyd edir ki, "bu, həm də milli təhlükəsizlik resurslarını Çin və Rusiyaya qarşı mübarizəyə yönəltməyə çalışdığı bir vaxtda ABŞ-ı Yaxın Şərqə geri çəkə bilər".
Cəmilə