BRICS sammiti zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ayağı tapdalanıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı videogrüntülər yayıb.
Kadrlarda sammit iştirakçılarından birinin oturan Lavrovun yanından keçərək ayağını necə basdığı görünür. Bundan sonra nazir diksinir və etinasız yoldan keçənin ardınca dönüb nəsə deyir. Xarici İşlər Nazirliyinin rəhbərinin sözləri yaxınlıqda olan Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovu güldürüb.
Lavrovun ayağını kimin basması barədə hələlik heç bir məlumat yoxdur. Nazirin nə dərəcədə ciddi xəsarət aldığı da məlum deyil.
Hüseyn İbadlı