02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Xərçəngi erkən mərhələdə tanımağın yolları

04 okt 2024 00:01
GÜNDƏM
ads

Uşaq leykemiya məlumat mərkəzinin pediatrı və eksperti Yekaterina Kaysina bildirib ki, sümük iliyi sağlam qan hüceyrələrinin istehsalını dayandırdıqda leykemiya inkişaf edir.

Publik.az xəbər verir ki, həkim “İzvestiya”ya qan xərçəngini erkən mərhələdə tanımağın yollarını açıqlayıb.

Həkimin sözlərinə görə, erkən mərhələdə leykemiya tez-tez qrip və KRVİ, anemiya, sistemik lupus eritematosus ilə qarışdırılır, çünki oxşar simptomlara malikdirlər. Hər ikisində zəiflik, qızdırma, əzələlərdə və oynaqlarda ağrı kimi əlamətlər müşahidə olunur.

Həkim dərinin solğunluğunu, burundan və ya diş ətindən tez-tez qanaxmaları və səbəbi bilinməyən qançırları (bunlar qanın laxtalanması ilə bağlı problemlər nəticəsində yaranır) leykemiyanın fərqli əlamətləri adlandırıb. Həmçinin immuniteti zəiflədiyi üçün leykozlu insanlar tez-tez viruslara tutulur və gecələr tərləyirlər.

Bundan əlavə, sümük iliyində anormal hüceyrələrin yığılması səbəbindən oynaq ağrıları meydana gələ bilər. Pediatr həmçinin qasıqda, qoltuqaltında və boyunda böyümüş limfa düyünləri varsa, həkimə müraciət etməyi tövsiyə edib, çünki bunlar da xərçəngin əlamətləri ola bilər.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur