Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır sosial şəbəkə hesabında Türkiyənin Milli Kosmos Proqramı ilə bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, Kacır Milli Kosmos Proqramının ən əhəmiyyətli hədəflərindən birinin kosmos sənayesini inkişaf etdirmək olduğunu ifadə edib:
"Peyk istehsalında əldə etdiyimiz təcrübəni yeni layihələrə daşıyacağıq. Kosmos sistemlərində və kosmik tədqiqatlarda ekosistemi gücləndirəcəyik. 600 milyard dolları keçən kosmik iqtisadiyyatdan daha çox pay alacağıq. Ankarada Kosmik Texnologiyaların İnkişafı Zonası quracağıq. Özəl sektoru dəstəkləyəcəyik. Qlobal layihələrdə iştirak edəcəyik".
Roza Şəfiyeva