Aparıcı Nanə Ağamalıyeva illərdir çalışdığı ATV telekanalından ayrılacağı barədə məlumatlara münasibət bildirib.
Publika.az pravda.az-a istinadla xəbər verir ki, ATV-nin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli bu xəbərin əsassız olduğunu və həqiqəti əks etdirmədiyini bildirib.
Nanə Ağamalıyeva isə açıqlamasında bildirib: "Yay mövsümü bitdikdən sonra, yeni mövsümdə zövqlü musiqilərin təbliği ilə ATV-nin efirində olacam”.