Müğənni Nüşabə Musayeva ilə meyxanaçı Rüfət Nasoslu arasında qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, buna səbəb meyxanaçının efirdə Nüşabə ilə bağlı tənqidi fikirlər səsləndirməsi olub.
Nüşabə Musayeva sosial şəbəkə hesabında Rüfətin fotosunu paylaşaraq ona sərt şəkildə xəbərdarlıq və təhqir edib:
“Ə düdük, sən öz aləmində guya mənimlə məzələnib məni ələ salırsan? Başın qaçıb sənin? Kimlərlə səhv saldın məni? Sənin ağzını cıraram bir də hansısa verilişdə mənə söz deyib atmaca atarsan, sonra da təkrar o qələti edib səhifəndə paylaşarsan, bildin?! Məni kimləsə qarışdırma. Adamını tanı, özünə tay olanlarla məşğul ol! Bu paylaşıma görə, mənə kimsə ağız açmasın. Məndən üzr istəməyənədək bu paylaşım silinməyəcək. Vaxt tap özünə hörmət elə, sonra da yerini və həddini bil. Mən kimsələrə bənzəmərəm. Sən yəqin qadın görməmisən, ağzının qatığını dağıdanın...
Dabanımda olan hörmət sənin başında yoxdur. Ağıllı ol!”
Yenisabah.az