01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Zaqatalada daha bir nəfər göbələkdən zəhərləndi

18 okt 2023 18:00
HADİSƏ
ads

Zaqatalada 44 yaşlı qadın göbələkdən zəhərlənib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu gün səhər saatlarında rayonun Yuxarı Tala kənd sakini, 1979-cu il təvəllüdlü Günəş Mövləddin qızı Əsgərova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı 44 yaşlı qadının göbələkdən zəhərləndiyi məlum olub. G.Əsgərovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün axşam saatlarında Bakı şəhərinə, Kliniki Tibbi Mərkəzin nəznindəki Respublika Toksikologiya Mərkəzinə göndərilib. 

Qeyd edək ki, oktyabr ayının 4-ü rayonun Höytala kənd sakinləri olan üç nəfər 53 yaşlı Kərəm İmranov,  dostu Ramazan Ömərov və Ramazanın həyat yoldaşı Güllər Ömərova göbələk zəhərlənməsi ilə Zaqatala RMX-a daxil olublar.

İlkin müayindən sonra onlar müalicəsini davam etdirmək üçün Kliniki Tibbi Mərkəzin nəznindəki Respublika Toksikologiya Mərkəzinə göndəriliblər. Zəhərlənənlərdən K. İmranov oktyabrın 17-i müalicə aldığı xəstəxanada dünyasını dəyişib. R. Ömərov və G. Ömərovanın müalicəsi isə Respublika Toksikologiya Mərkəzində davam etdirilir.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur