16.03.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Qatarların sürət həddi hava şəraitinə uyğun tənzimlənir - ADY

21 fev 2025 01:00
GÜNDƏM
ads

ADY ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

ADY-dən Qutb.az-a verilən məlumata görə, qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir.

 

Bildirilir ki, bu səbəbdən qatarların qrafikində kənara çıxma halları müşahidə oluna bilər:

 

“ADY-yə məxsus xidmət sahələrində qarın təmizlənməsi, xüsusi texnika vasitəsilə platformalara və keçidlərə duzun səpilməsi, sürüşkən döşəməli stansiyalarda sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi örtüklü cığırların salınması müntəzəm qaydada icra edilir.

 

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı və regionlarda fəaliyyət göstərən platforma və stansiyalarda da aparılır.

 

Qabaqlayıcı tədbirlərin görülməsi gecə saatlarından etibarən intensiv şəkildə icra edilir.

 

Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 16.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:20
05:19
Sübh
05:30
05:29
Gün çıxır
06:51
06:49
Zöhr
12:49
12:49
Əsr
16:10
16:11
Gün batır
18:48
18:49
Məğrib
19:05
19:06
İşa
19:58
19:59
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur