26.04.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

Qəzada yaralanan uşaq 3 gün sonra öldü

26 apr 2025 01:00
HADİSƏ
ads
Advertisement

Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb.

 

Qutb.az "Report"a istinadən xəbər verir ki, aprelin 22-də gecə saatlarında baş verən yol qəzasında xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.

 

Xatırladaq ki, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu K.Şirəlizadə isə xəsarət alıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
151 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur